Ana Sayfa > Karusel / Dünya > ABŞ humanitar yardımlara əlavə 1,8 milyard dollar ayıracaq

ABŞ humanitar yardımlara əlavə 1,8 milyard dollar ayıracaq


15-05-2026, 08:00. Yazar: Admin

ABŞ humanitar yardımlara əlavə 1,8 milyard dollar ayıracaq

ABŞ humanitar yardım və BMT sistemində islahatların dəstəklənməsi üçün əlavə 1,8 milyard dollar vəsait ayıracaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

Onun sözlərinə görə, vəsait dünyanın müxtəlif bölgələrində humanitar yardımın genişləndirilməsinə və BMT-də həyata keçirilən islahatların dəstəklənməsinə yönəldiləcək.

Mayk Uolts qeyd edib ki, 2025-ci ilin dekabrında ABŞ və BMT arasında humanitar sistemin islahatı üçün 2 milyard dollarlıq memorandum imzalanıb. Onun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində resurslardan daha səmərəli istifadə olunub və təkrarlanan fəaliyyətlər azaldılıb.


Geri dön