Ana Sayfa > Karusel / Dünya > Tramp onun İranla bağlı təklifindən danışdı

Tramp onun İranla bağlı təklifindən danışdı


14-05-2026, 21:26. Yazar: Admin

tramp-onun-iranla-bagli-teklifinden-danisdi

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin İran məsələsində ABŞ-yə kömək təklif etdiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində danışıb.

 “Əgər kömək etmək üçün edə biləcəyim bir şey varsa, kömək etmək istərdim”, - deyə Tramp Çin liderindən sitat gətirib.

Trampın sözlərinə görə, Çin lideri İrana hərbi texnika tədarük etməyəcəyi qeyd edib. O həmçinin bəyan edib ki, Pekin İran neftini almağa davam etməyi planlaşdırır.


Geri dön