Ana Sayfa > Karusel / Mədəniyyət / İnfrastruktur > Möminə Xatun türbəsində bərpa işləri ilə bağlı avstriyalı mütəxəssislər Naxçıvana gəlib

Möminə Xatun türbəsində bərpa işləri ilə bağlı avstriyalı mütəxəssislər Naxçıvana gəlib


Bu gün, 16:14. Yazar: Admin

Möminə Xatun türbəsində bərpa işləri ilə bağlı avstriyalı mütəxəssislər Naxçıvana gəlib

Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi ərazisində Azərbaycan Respublikası Prezidentin müvafiq sərəncamına uyğun olaraq ayrılmış vəsait hesabına aparılan bərpa və konservasiya işləri davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, hazırda türbə ətrafında metal konstruksiyalar quraşdırılır. Bu işlərin aparılması üçün Avstriyanın "Tralsmauer Gerüstbau Gmbh" şirkəti şirkətinin rəhbəri Mustafa Ərdoğan və şirkətin mütəxəssiləri Naxçıvana gəliblər.

Bildirilb ki, ümumilikdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi üçün Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə müqavilə imzalanıb və ötən il şirkətin mütəxəssisləri Naxçıvana gələrək ərazidə ilkin infrastrukturun qurulmasına başlayıblar, ilkin mərhələdə ərazidə hasarlanma işləri aparılıb, kommunikasiya xətlərinin çəkilib, həmçinin qrunt sularının yaratdığı problemlərin araşdırılması istiqamətində texniki tədqiqatlar aparılıb.

Qeyd edək ki, 2026-cı ildə də Möminə Xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon 566 min manat vəsait ayrılıb.

Abidənin bərpası və konservasiyası ölkəmizdə elan edilən şəhərsalma və memaelıq ilində həyata keçirilən ən böyük və əhəmiyyətli layihələrdən biridir.


Geri dön