Ana Sayfa > Karusel / Dünya > Moskva Ermənistanı Rusiya vətəndaşlarının həbs riski yüksək olan ölkələr sırasına daxil edib

Moskva Ermənistanı Rusiya vətəndaşlarının həbs riski yüksək olan ölkələr sırasına daxil edib


Bu gün, 15:13. Yazar: Admin

 

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının xaricdə saxlanılması riski barədə xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, XİN-in ölkə vətəndaşlarının saxlanılma riski olan ölkələr siyahısında Ermənistan da var.

Rusiya XİN-in departament direktoru Qriqori Lukyantsev bildirib ki, xaricə səyahət edərkən rusiyalılar üçüncü ölkələrdən ABŞ-a ekstradisiya ehtimalından xəbərdar olmalıdırlar.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ABŞ-ın tələbi ilə saxlanılması riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.


Geri dön