Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir - FOTO

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir - FOTO


14-05-2026, 10:27. Yazar: Admin

 

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir - FOTO

Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilir.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.


Geri dön