Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Konqresi Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər
Ana Sayfa > Karusel / Dünya > ABŞ Konqresi Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər

ABŞ Konqresi Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər


Bu gün, 08:17. Yazar: Admin

ABŞ Konqresi Ukraynaya hərbi yardımı nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər

ABŞ Nümayəndələr Palatası iyun ayında Demokrat Partiyası tərəfindən təqdim edilən və Ukraynaya hərbi dəstək üçün 1,3 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini nəzərdən keçirə bilər.

Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumatına görə, təxminən il bundan əvvəl Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü olan Qreqori Miks tərəfindən təklif edilən qanun layihəsi çərşənbə günü Nümayəndələr Palatasının 218 üzvünün dəstəyini qazanıb.

Bu isə hazırda ABŞ Konqresində müxalifətdə olan Demokrat Partiyasının üzvlərinə iyun ayında baş tuta biləcək qanun layihəsi ilə bağlı səsvermə keçirməyə imkan verəcək.

Qanun layihəsi Ukraynaya dəstək üçün 1,3 milyard dollar ayırmaqla yanaşı, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur.


Geri dön