Ana Sayfa > Karusel / Dünya > Türk gəmisinə hücumla bağlı şok iddia

Türk gəmisinə hücumla bağlı şok iddia


24-01-2021, 10:39. Yazar: Admin

Qarabaginfo.az xəbər verir ki, bunu türk hərbi ekspert Coşqun Başbuğ “A Haber”ə açıqlamasında deyib.

“İstanbul” freqatının suya endirildiyi vaxtda belə bir hücumun törədilməsi Türkiyəyə mesaj ola bilər. Bildiyiniz kimi, həmin bölgədə Fransanın təsiri çox böyükdür. Bu nöqtədə dəniz quldurlarından istifadə edə bilərlər. Türkiyənin Şərqi Aralıqda və Afrikada atdığı addımların bəzi Qərb qüvvələrini narahat etdiyini xatırlamaq yerinə düşər”, - ekspert bildirib.

Qeyd edək ki, “Boden” türk şirkətinə məxsus "M/V Mozart" adlı gəmi nigeriyalı dəniz quldurları tərəfindən qaçırılıb. Dəniz quldurlarının hücumu nəticəsində 15 nəfər girov götürülüb, 2-ci mühəndis Fərman İsmayılov isə öldürülüb. (Axar.az)

 


Geri dön