Ana Sayfa > Karusel / Dünya > Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib - FOTO

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib - FOTO


Bu gün, 08:11. Yazar: Admin

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib - FOTO

Moskvanın şərqində yerləşən İzmaylovskiy Kremlində yanğın baş verib.
Qarabaginfo.az xəbər verir ki, İzmaylovskiy Kremlinin ərazisindəki inzibati binanın dam örtüyü yanıb.

Üçüncü dərəcəli yanğın siqnalı verilib.

1000 kvadrat ərazinin yandığı və ərazidə n bütün insanların təxliyyə olunduğu bildirilib.

Qeyd edək ki, İzmailovski Kremli, 1998-2007-ci illər arasında İzmailovo tarixi çar malikanəsinin yaxınlığında tikilmiş mədəni və əyləncə kompleksidir.

O, 16-cı və 17-ci əsrlərin rus memarlığı (neohistorizm) kimi stilizə edilmiş taxta konstruksiyalardan ibarətdir.


Geri dön