Ana Sayfa > Karusel / Siyasət > Almaniyalı hərbçilər Niderlandda hücuma məruz qalıb

Almaniyalı hərbçilər Niderlandda hücuma məruz qalıb


Dünən, 21:09. Yazar: Admin

Almaniyalı hərbçilər Niderlandda hücuma məruz qalıb

Niderlandın Limburg əyalətində yerləşən NATO qərargahında xidmət edən iki Almaniya hərbçisi naməlum şəxslərin hücumuna məruz qalıb.

"Hart van Nederland" portalının məlumatına görə, hücum edən şəxslər maskalı olub və “NATO əleyhinə şüarlar” səsləndiriblər.

Hadisə nəticəsində alman hərbçilər yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırmanı Niderlandın Kral Hərbi Polisi aparır.

Şübhəlilərin saxlanılıb-saxlanılmadığı barədə də məlumat verilməyib.


Geri dön