Ana Sayfa > Karusel / Siyasət > Ərdoğanın baş müşaviri Qrono ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ərdoğanın baş müşaviri Qrono ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib


Dünən, 17:06. Yazar: Admin

Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç

 

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, Kılıç bu barədə “X” hesabında bildirib.

Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşma prosesi, Cənubi Qafqazda həyata keçiriləcək layihələr, regional sabitlik və təhlükəsizlik məsələləri, həmçinin Avropa İttifaqının regiona yanaşması müzakirə olunub.

Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.


Geri dön