Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO


Dünən, 15:17. Yazar: Admin

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.
Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Geri dön