Qarabaginfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
***
Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in texnika və canlı qüvvəsi cəlb edilib.
***
Lökbatandakı anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, FHN tərəfindən daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
FHN-dən bildirilib ki, yanğının söndürülməsi əməliyyatına nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.