Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Rusiya və Ukrayna arasında üç günlük atəşkəs elan olunduğunu açıqlayıb
Ana Sayfa > Karusel / Dünya > Tramp Rusiya və Ukrayna arasında üç günlük atəşkəs elan olunduğunu açıqlayıb

Tramp Rusiya və Ukrayna arasında üç günlük atəşkəs elan olunduğunu açıqlayıb


Dünən, 22:22. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.

Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

Onun sözlərinə görə, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək.

ABŞ lideri bildirib ki, razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

Tramp qeyd edib ki, bu təşəbbüs birbaşa onun tərəfindən irəli sürülüb və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən dəstəklənib.

“Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, tərəflər münaqişənin başa çatmasına hər gün bir qədər də yaxınlaşır.


Geri dön