Ana Sayfa > Karusel / Siyasət / Dünya > ABŞ Dövlət katibi Livandakı vəziyyətə görə "Hizbullah"ı ittiham edib

ABŞ Dövlət katibi Livandakı vəziyyətə görə "Hizbullah"ı ittiham edib


Bu gün, 16:43. Yazar: Admin

ABŞ Dövlət katibi Marko Rubio

 

ABŞ “Hizbullah”la danışıqlar aparmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə deyib.

O, ABŞ-ın danışıqlarla bağlı diqqətinin Livan hökumətinə yönəldiyini bildirib.

Rubio qeyd edib ki, Livanın bombalanmasının səbəbkarı “Hizbullah”dır. Dövlət katibi əlavə edib ki, Livandakı vəziyyət “Hizbullah”ın fəaliyyəti ilə birbaşa əlaqədardır.


Geri dön