Ana Sayfa > Karusel / Region > İran "neft ixracını pozmaq" niyyətində olan tankerin ələ keçirildiyini açıqlayıb

İran "neft ixracını pozmaq" niyyətində olan tankerin ələ keçirildiyini açıqlayıb


Bu gün, 14:35. Yazar: Admin

İran "neft ixracını pozmaq" niyyətində olan tankerin ələ keçirildiyini açıqlayıb

İran daha bir neft tankerini ələ keçirib.

“Tasnim”in xəbərinə görə, “OCEAN KOI” adlı tanker İranın Hərbi Dəniz Qüvvələri tərəfindən xüsusi əməliyyat zamanı saxlanılıb.

Əməliyyatın yayımlanan videogörüntüsündə İran xüsusi təyinatlılarının tankerə daxil olduğu görünür.

Məlumata görə, “OCEAN KOI” tankeri İranın neft ixracına maneə törətmək niyyətində olub.

Tankerin harada ələ keçirildiyi ilə bağlı məlumat açıqlanmayıb.

Qeyd edək ki, İran bundan əvvəl də Hörmüz boğazında bir neçə gəmini saxlayıb.


Geri dön