Ana Sayfa > Karusel / Siyasət > Aİ Ukrayna müharibəsi ilə bağlı Putinlə mümkün danışıqlara hazırlaşır

Aİ Ukrayna müharibəsi ilə bağlı Putinlə mümkün danışıqlara hazırlaşır


Bu gün, 08:50. Yazar: Admin

Aİ Ukrayna müharibəsi ilə bağlı Putinlə mümkün danışıqlara hazırlaşır

Avropa Birliyi liderləri Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya prezidenti ilə mümkün danışıqlara hazırlaşırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Aİ-nin Rusiya ilə danışıqlar aparmaq potensialına malik olduğuna inanır.

O, Ukrayna prezidenti Volodymyr Zelenskinin də bu yanaşmanı dəstəklədiyini bildirib.

"Mən AB-yə üzv dövlətlərin 27 lideri ilə atacağımız addımları təşkil etməyin ən yaxşı yolunu müəyyən etmək və vaxtı çatanda Rusiya ilə effektiv şəkildə nəyi müzakirə etməli olduğumuzu aydınlaşdırmaq üçün danışıram", - Koşta bildirib.


Geri dön