Ana Sayfa > Karusel / İqtisadiyyat > Yeni ABŞ-İran gərginliyi fonunda birjalarda əsas indekslər enib

Yeni ABŞ-İran gərginliyi fonunda birjalarda əsas indekslər enib


Bu gün, 08:47. Yazar: Admin

Yeni ABŞ-İran gərginliyi fonunda birjalarda əsas indekslər enib

Qlobal fond bazarlarında son sutkada əsas indekslərdə azalma müşahidə edilib.

Qarabaginfo.az xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 0,63% azalaraq 49 596,97 bənd, “S&P 500” indeksi 0,38% azalaraq 7 337,11 bənd, “Nasdaq” indeksi isə 0,13% azalaraq 25 806,20 bənd olub.

Avropada isə “FTSE 100” indeksi 1,55% azalaraq 10 276,95 bənd, Almaniyanın “DAX” indeksi 1,02% azalaraq 24 663,61 bənd, Fransanın “CAC 40” indeksi isə 1,17% azalaraq 8 202,08 bənd təşkil edib.

Asiya bazarlarında da mənfi dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 0,74%, Honq Konqun “Hang Seng” indeksi 1,19%, Çinin “CSI 300” indeksi isə 0,90% azalıb.

Analitiklərə görə, fond bazarlarında enişə ABŞ və İran arasında gərginliyin yenidən artması təsir edib. Hörmüz boğazı ətrafında tərəflər arasında qarşılıqlı hücumların baş verməsi investorların risk iştahına mənfi təsir edib. Bununla yanaşı, faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ilə bağlı narahatlıqlar və qlobal iqtisadi artım tempinin zəifləyəcəyi gözləntiləri də bazarlara təzyiq göstərib.


Geri dön