İrəvanda “iki stulda oturma” siyasətini davam etdirməyə çalışırlar, bu, Moskvada təəssüf doğurur.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Təəssüf ki, İrəvanda hələ də iki stulda oturma siyasətinə sadiq qalmağa çalışırlar. Belə vəziyyətdə nə qədər qalmaq mümkün olduğunu bilmirəm”, – Rusiya Prezidentinin köməkçisi bildirib.
Uşakov vurğulayıb ki, Putinin və Paşinyanın Moskvada keçirilən son danışıqlarında “bütün məsələlərə aydınlıq gətirilib”.
O, həmçinin diqqətə çatdırıb ki, Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlər daha çox “erməni dostlar” üçün sərfəlidir.