Ana Sayfa > Karusel / Manşet / Siyasət > Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib

Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə ikitərəfli münasibətləri müzakirə edib


7-05-2026, 15:46. Yazar: Admin

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyak

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

Qarabaginfo.az xəbər verir, bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətləri - xüsusən də təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.

Tərəflər İrandakı vəziyyət, Rusiyanın Ukrayna ilə müharibəsi, Azərbaycanın Ermənistanla münasibətlərinə dair fikir mübadiləsi aparıblar.


Geri dön