Ana Sayfa > Karusel / Qarabağ > Laçın rayonuda koronavirus infeksiyasına (Covid-19) qarşı vaksinasiya kampaniyasına başlanılıb

Laçın rayonuda koronavirus infeksiyasına (Covid-19) qarşı vaksinasiya kampaniyasına başlanılıb


23-01-2021, 16:42. Yazar: Admin
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinə start verilmişdir.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görülmüş, eyni zamanda əhali arasında təşkilati-izahat işləri aparılır.
Belə ki, 21.01.2021-ci il tarixdən Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində yeni növ koronavirus infeksiyasına (Covid-19) qarşı vaksinasiya kampaniyasına başlanmışdır.
İlk olaraq tibb işçiləri peyvənd prosesinə cəlb olunmuşdur. Vaksinasiya prosesi hazırda da davam etdirilir.

Geri dön