Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Moskvada mobil internet 1 günlük tam söndürüləcək
Ana Sayfa > Karusel / Multimedia > Moskvada mobil internet 1 günlük tam söndürüləcək

Moskvada mobil internet 1 günlük tam söndürüləcək


7-05-2026, 12:34. Yazar: Admin

moskvada-mobil-internet-1-gunluk-tam-sondurulecek

Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. 

Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib.

“Evlərdə internet və Wi-Fi isə heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək”, - nazirliyin bəyanatında deyilir. 

Bununla yanaşı qeyd olunub ki, mayın 7-8-də Moskvada mobil internetin məhdudlaşdırılması planlaşdırılmasa da, təhlükəsizlik təhdidləri yarandığı təqdirdə operativ məhdudiyyətlər tətbiq oluna bilər.

Geri dön