Ana Sayfa > Karusel / Kriminal > Dneprdə avtomobil partlayıb, yaralılar var

Dneprdə avtomobil partlayıb, yaralılar var


Bu gün, 11:39. Yazar: Admin

Dneprdə avtomobil partlayıb, yaralılar var

Ukraynanın Dnepr şəhərində səhər saatlarında park edilmiş avtomobilin partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə “RBC-Ukraina” Milli Polisin Dnepropetrovsk vilayəti üzrə Baş İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Sobornı rayonunda baş verib. İlkin ehtimala əsasən, park edilmiş avtomobil partlayıb.

Partlayış nəticəsində iki kişi müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu çalışır. Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını araşdırır.

Xatırladaq ki, bundan əvvəl Rivne yaxınlığında müəssisələrdən birində baş verən partlayış nəticəsində səkkiz nəfər yaralanıb.


Geri dön