Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan nümayəndə heyəti Milanda beynəlxalq sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti Milanda beynəlxalq sammitdə iştirak edir


Bu gün, 11:30. Yazar: Admin

Azərbaycan nümayəndə heyəti Milanda beynəlxalq sammitdə iştirak edir

İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetləri Sammiti”ndə Azərbaycan nümayəndə heyəti iştirak edir.

Bu barədə Qarabaginfo.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, eləcə də ölkənin 5 aparıcı ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daxildir.

Sammit çərçivəsində Azərbaycan ali təhsil müəssisələri ölkə pavilyonunda xüsusi stendlərlə təmsil olunur. Stendlərdə universitetlərin təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti və inkişaf istiqamətləri barədə sammit iştirakçılarına ətraflı məlumat təqdim edilir.

Bildirilib ki, beynəlxalq tədbirdə iştirak Azərbaycan ali təhsilinin qlobal akademik məkanda tanıdılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Geri dön