ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşdığını iddia edib.
Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini vurğulayıb.
“İran nüvə silahına malik ola bilməz və olmayacaq. Və digər məsələlərlə yanaşı, onlar bununla razılaşıblar”, – deyə ABŞ Prezidenti deyib.
Tramp Vaşinqton və Tehran arasında son 24 saat ərzində çox yaxşı danışıqlar aparıldığını bildirib.
“Son 24 saatda çox yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir.
“Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.
