Livan və İsrail nümayəndə heyətləri mayın 13-15-də Vaşinqtonda görüşərək atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə edəcəklər.
Bu barədə LBCI telekanalı ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Livan nümayəndə heyətinə keçmiş ABŞ səfiri Simon Karam rəhbərlik edəcək.
Heyətin tərkibində diplomatlar və hərbçilər yer alacaq.
Livan Prezidenti Cozef Aun mayın 4-də bildirib ki, yaxın günlərdə keçiriləcək üçüncü hazırlıq raundu birbaşa danışıqlar üçün zəmin yaradacaq.