Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ali məktəblərdə ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir
Ana Sayfa > Karusel / Təhsil > Ali məktəblərdə ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir

Ali məktəblərdə ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir


Bu gün, 15:33. Yazar: Admin

Ali məktəblərdə ədliyyə orqanlarında karyera imkanları barədə infosessiyalar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Texniki Universitetində tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil edilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı tədbirlərdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşlərdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.

Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub, tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib.

Bu görüşlərin davamlı olaraq respublikanın digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

 


Geri dön