Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rəsmi Tehran: İran ABŞ-ın 14 maddəlik sülh təklifini nəzərdən keçirir
Ana Sayfa > Karusel / Region > Rəsmi Tehran: İran ABŞ-ın 14 maddəlik sülh təklifini nəzərdən keçirir

Rəsmi Tehran: İran ABŞ-ın 14 maddəlik sülh təklifini nəzərdən keçirir


6-05-2026, 14:28. Yazar: Admin

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi

 

İran ABŞ-ın təklifini nəzərdən keçirir.

CNBC-nin xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

Qeyd edək ki, “Axios”un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.


Geri dön