Ana Sayfa > Karusel / Siyasət > Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub

Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub


23-01-2021, 16:22. Yazar: Admin

Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.

Xatırladaq ki GŞBPİ-nin DYP Şöbəsinin rəisi Rəhim Zalov bir neçə gün bundan əvvəl sərəncama götürülüb.


Geri dön