Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək

Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək


5-05-2026, 07:01. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp ölkənin idxala tətbiq etdiyi gömrük rüsumlarının əvvəlkindən daha yüksək olacağını bildirib.


Qarabaginfo.az xəbər verir ki, amerikalı lider bunu Ağ Evdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Ali Məhkəmənin administrasiyanın bu sahədə səlahiyyətlərini aşdığına dair qərarına baxmayaraq, Vaşinqton rüsum siyasətini davam etdirəcək.

“Bizim rüsum tətbiq etməyin başqa yolları var və artıq bundan istifadə edirik. Onlar daha təsirli və güclüdür. Rüsumlar əslində daha yüksək olacaq”, – deyə Tramp vurğulayıb.


Geri dön