Birləşmiş Ərəb Əmirlikləri İranın ölkə ərazisində mülki obyektlərə endirdiyi zərbələri qətiyyətlə pisləyib və buna cavab vermək hüququnu özündə saxladığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sənəddə qeyd olunub ki, İran raketlər və pilotsuz uçuş aparatları vasitəsilə mülki obyektləri hədəfə alıb.
Nazirliyin məlumatına görə, hücumlar nəticəsində Hindistan vətəndaşı olan üç nəfər xəsarət alıb.