Ana Sayfa > Karusel / Dünya > Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb

Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb


Dünən, 22:25. Yazar: Admin

Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb

Son üç gün ərzində Moskva üzərində vurulan Ukrayna pilotsuz uçuş aparatlarının sayı 26-ya çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb.

Bildirilib ki, 2-4 may tarixlərində Moskva səmasında 26 Ukrayna PUA-sı vurulub.

Bir PUA isə Moskvanın mərkəzində yerləşən 52 mərtəbəli yaşayış kompleksinə düşüb.

Moskva meri binanın 36-cı mərtəbəsinin dağıldığını, nəticədə xəsarət alanların olmadığını açıqlayıb.


Geri dön