Ana Sayfa > Karusel / Region > Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb

Ermənistan və Böyük Britaniya strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb


Bu gün, 21:20. Yazar: Admin

Böyük Britaniya Baş naziri Keir Starmer və Ermənistanın Baş naziri Nikol Paşinyan

 

Ermənistan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında məlumat verib.

“Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyannamə ilə Ermənistan və Böyük Britaniya arasında əlaqələrdə yeni və ümidverici fəsilə qədəm qoyuruq”, - Paşinyan qeyd edib.

O, iki ölkə arasında əlaqələrin müştərək dəyərlərə əsaslandığını bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün Ermənistanda səfərdədir.


Geri dön