Ana Sayfa > Karusel / Siyasət > Zelenski İrəvanda Gürcüstan Baş naziri ilə görüşüb

Zelenski İrəvanda Gürcüstan Baş naziri ilə görüşüb


Bu gün, 21:19. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski, Gürcüstan Baş naziri İrakli Kobaxidze

 

Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.

“Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən görüşdə ölkələr arasında münasibətlər müzakirə olunub. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər”, - məlumatda deyilir.

Qeyd edək ki, Gürcüstan və Ukrayna rəsmiləri 2021-ci ildən bəri görüşməyiblər.


Geri dön