Ana Sayfa > Karusel / Kriminal > DTX-nin saxladığı şəxsə hökm oxundu

DTX-nin saxladığı şəxsə hökm oxundu


Bu gün, 12:13. Yazar: Admin

DTX-nin saxladığı şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, xaricdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Real Nəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Real Nəbiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Real Nəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Real Nəbiyevə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

 


Geri dön