Ana Sayfa > Karusel / Region > Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb

Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb


Bu gün, 12:12. Yazar: Admin

Moskvaya dron hücumu davam edir

Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna pilotsuz uçuş aparatının vurduğu bina Rusiya paytaxtının Ramenski rayonunun Mosfilmskaya ev 8 ünvanında yerləşir.

Dünən gecə saat 1 radələrində Ukrayna pilotsuz uçuş aparatı 52 mərtəbəli "Mosfilmskiy" Yaşayış Kompleksinə düşüb. Moskva meri Sergey Sobyanin Ukrayna dronun binanın 36-cı mərtəbəsində düşdüyünü və həmin mərtəbənin tamamilə dağıldığını bildirib.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, güclü partlayış səsi eşidilib.

Dronun vurduğu bina mühasirəyə alınıb. Əraziyə hüquq-mühafizə orqanları və fövqəladə hallar nazirliyinin xilasediciləri cəlb olunub. Binanın əhalisi təxliyə olunub.

Rusiya Müdafiə Nazirliyi dünən ölkə ərazisində ümumilikdə 117 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Moskva ərazisinə düşən dronun hava hücumundan müdafiə sistemlərinin hədəfindən yan keçdiyi və birbaşa çox mərtəbəli yaşayış binasına çırpıldığı bildirilir.


Geri dön