Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib
Ana Sayfa > Karusel / Siyasət > Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib

Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib


4-05-2026, 11:45. Yazar: Admin

Parlamentlərarası İttifaqın Baş katibi Zəfər parkını ziyarət edib

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq mayın 4-də Zəfər parkını ziyarət ediblər.

Qarabaginfo.az xəbər verir ki, Baş katib və xanımı Zəfər abidəsinin önünə gül dəstəsi qoyublar.

Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.


Geri dön