Ana Sayfa > Karusel / Region > Türkiyənin cənubunda güclü fırtına baş verib, ölən və yaralananlar var

Türkiyənin cənubunda güclü fırtına baş verib, ölən və yaralananlar var


Bu gün, 10:18. Yazar: Admin

Türkiyənin cənubunda güclü fırtına baş verib, ölən və yaralananlar var

Türkiyənin Qaziantep və Şanlıurfa vilayətlərində güclü külək və fırtına ciddi fəsadlara səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, fırtına nəticəsində Şanlıurfada 1 nəfər ölüb, bir neçə nəfər isə yüngül xəsarət alıb. Qaziantepdə isə əlverişsiz hava şəraiti ilə bağlı 23 nəfər xəsarət alıb.

Qaziantepdə baş verən fırtına zamanı Alleben dərəsi daşıb, bəzi ərazilərdə damlar uçub, Oğuzeli rayonunda isə tornado avtomobillərə ziyan vurub.

Qaziantep valiliyi bölgədə fövqəladə vəziyyət elan edib.

Fırtına nəticəsində Şahinbey, Şehitkamil, Nizip və Yavuzeli rayonlarında 39 məktəbdə yüngül ziyan qeydə alınıb.

Bu səbəbdən 4 may 2026-cı il tarixində həmin məktəblərdə dərslər 1 gün müddətinə dayandırılıb.


Geri dön