Ana Sayfa > Karusel / Dünya > Merz: Trampla əməkdaşlıqdan imtina etmirəm

Merz: Trampla əməkdaşlıqdan imtina etmirəm


Bu gün, 10:14. Yazar: Admin

Merz: Trampla əməkdaşlıqdan imtina etmirəm

Almaniya kansleri Fridrix Merz ABŞ-ın İranla bağlı strategiyasını yenidən tənqid edib, lakin ABŞ prezidenti Donald Trampla əməkdaşlıqdan imtina etmədiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Merz bu barədə ARD telekanalının efirində danışıb.

Almaniya kansleri Vaşinqtonun İran siyasətinə dair tənqidini təsdiqləyib və Tehranın ABŞ-ı alçaltdığı barədə sözlərini müdafiə edib.

Bununla yanaşı, Merts transatlantik münasibətləri yaxşılaşdırmaq cəhdlərini davam etdirdiyini deyib.

“Mən Donald Trampla əməkdaşlıqdan imtina etmirəm”, – deyə o bildirib.


Geri dön