Ana Sayfa > Karusel / Dünya > “Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”

“Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”


Bu gün, 10:22. Yazar: Admin

biz-de-deniz-quldurlariyiq-oyun-oynamiriq

“ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”. 

Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdə (Florida ştatı) yerli “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.

ABŞ Silahlı Qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki İran tankeri - “Majestic” və “Tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.

“Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq... Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.

 


Geri dön