Ana Sayfa > Karusel / Dünya > Tramp İranın şərtləri ilə razılaşa bilmədiyini deyib

Tramp İranın şərtləri ilə razılaşa bilmədiyini deyib


Dünən, 22:24. Yazar: Admin

Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp İranın irəli sürdüyü şərtlərlə razılaşa bilmədiyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

"Onlar mənim razılaşa bilməyəcəyim bir şey istəyirlər", - Tramp deyib.

Tramp iranın irəli sürdüyü şərtlərlə bağlı heç bir məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirərkən münaqişəyə son qoymağı və sülhün bərqərar olmasını İranın əsas prioriteti adlandırıb.


Geri dön