Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərindən paylaşım edib
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərindən paylaşım edibBu gün, 14:46. Yazar: Admin |
![]() “Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı”. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabında diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə dair paylaşımında bildirilir. “Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsinə ən dərin hörmətimizi bildirdik”, - Hikmət Hacıyev qeyd edib. Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
Geri dön |