Ana Sayfa > Karusel / Siyasət > Gömrük Məcəlləsinə dəyişikliklərin məqsədi açıqlanıb

Gömrük Məcəlləsinə dəyişikliklərin məqsədi açıqlanıb


Bu gün, 14:05. Yazar: Admin

Şahin Bağırov, Dövlət Gömrük Komitəsinin sədri

Gömrük Məcəllənə dəyişikliklərin əsas hədəfi biznesə dəstək göstərməkdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
Şahin Bağırov bildirib ki, müxtəlif proseduralarda ölkəmizə idxal edilən və müxtəlif gömrük zonalarında saxlanılan yüklər üzərində müəyyən əməliyyatlar həyata keçirilməsi zərurəti yaranır: “Mövcud Gömrük Məcəlləsində gömrük auditinin aparılması təsbit olunub, yeni layihədə isə səyyar yoxlama və kameral yoxlama ayrılır. Səyyar yoxlamaların aparılması Vergi Xidməti ilə bərabər, eyni vaxtda keçiriləcək. Layihənin məqsədi dövlət başçısı tərəfindən gömrük orqanlarına qoyulan tapşırıqların yerinə yetirilməsi ilə bağlıdır”.


Geri dön