Çin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı bildirib ki, Pekin və Vaşinqton qarşılıqlı səylərlə sülh şəraitində birgə mövcudluğu təmin etməlidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Çin XİN-in məlumat yayıb.
Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin, fikir ayrılıqlarının idarə olunmasının və sabit, konstruktiv münasibətlərin qurulması vacibdir
O qeyd edib ki, münasibətlər qarşılıqlı hörmət, sülh şəraitində birgə yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Van İ əlavə edib ki, yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişafında əsas istiqamətverici rol oynayır.
Öz növbəsində, Marko Rubio da Çinlə dialoqun davam etdirilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına hazır olduqlarını bildirib.
Tərəflər, həmçinin Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.