Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO
Ana Sayfa > Karusel / Siyasət > “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO


Dünən, 21:28. Yazar: Admin

“TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimində tapşırıqlar icra olunub- VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub.

Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.


Geri dön