İranın nüvə və raket sənayesi ölkənin milli sərmayəsi hesab olunur.
Qarabaginfo.az xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin bəyanatında öz əksini tapıb.
Xameneinin sözlərinə görə, səfərbər olmuş 90 milyonluq İran xalqı ölkə daxilində və xaricində elmi və sənaye potensialını, o cümlədən nano və biotexnologiyadan tutmuş nüvə və raket sahələrini milli sərmayəsi kimi görür və onları su, quru və hava sərhədləri kimi qoruyacaq.