Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hotellərin müştəriləri azalıb, amma gəlirlər artıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Hotellərin müştəriləri azalıb, amma gəlirlər artıb

Hotellərin müştəriləri azalıb, amma gəlirlər artıb


Bu gün, 13:45. Yazar: Admin

Hotellərin müştəriləri azalıb, amma gəlirlər artıb

 

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olub.

Qarabaginfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda qeydə alınıb.

Sonrakı yerlərdə isə Qusar (9,6 faiz), Naftalan (5,6 faiz), Quba və Qəbələ (hər biri 3,5 faiz), Lənkəran (2,8 faiz) qərarlaşıb. Digər şəhər və rayonların payı isə 8,8 faiz təşkil edib.

Hesabat dövründə hotellərin gəlirləri də artıb. Belə ki, mehmanxana sektorunun gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olub. Gəlirlərin 58,2 faizi otaqların təqdim olunması, 27,3 faizi ictimai iaşə xidmətləri, 3,8 faizi müalicə və sağlamlıq xidmətləri, 10,7 faizi isə digər xidmətlər hesabına formalaşıb.

Eyni zamanda, hotellərdə doluluq səviyyəsi azalıb. Birdəfəlik tutumdan istifadə səviyyəsi 18,1 faiz təşkil edib. Ən yüksək göstərici Qusarda (40,4 faiz) və Naftalanda (39,9 faiz) qeydə alınıb. Bakı üzrə bu göstərici 26,9 faiz olub.


Geri dön