Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - Siyahı
Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik - SiyahıBu gün, 13:36. Yazar: Admin |
|
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiqlənib. Kollegiyanın sədri maliyyə naziri. Kollegiyanın üzvləri: - Azərbaycan maliyyə nazirinin birinci müavini; - Azərbaycan maliyyə nazirinin müavinləri; - Naxçıvan Muxtar Respublikasının maliyyə naziri; - Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbəri; - Azərbaycan Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri; - Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi; - Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru; - Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru; - Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru. Geri dön |