Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putinlə Tramp arasında telefon danışığı olub
Ana Sayfa > Karusel / Siyasət > Putinlə Tramp arasında telefon danışığı olub

Putinlə Tramp arasında telefon danışığı olub


Dünən, 22:35. Yazar: Admin

Putinlə Tramp arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı 1,5 saatdan çox davam edib.

Uşakov bildirib ki, Putin Trampa Qələbə Günü üçün atəşkəs elan etməyə hazır olduğunu söyləyib. O, Trampın bunu dəstəklədiyini deyib.

Kreml rəsmisi Putinin sui-qəsd cəhdi ilə bağlı Trampa dəstək ifadə etdiyini və cinayəti qəti şəkildə pislədiyini vurğulayıb.

Uşakovun sözlərinə görə, Tramp Putinə Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya artıq yaxın olduğunu deyib.


Geri dön