Ana Sayfa > Karusel / İqtisadiyyat > Rusiya OPEC+ təşkilatından çıxmağı planlaşdırmır
Rusiya OPEC+ təşkilatından çıxmağı planlaşdırmırBu gün, 14:44. Yazar: Admin |
|
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması onun suveren qərarıdır. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, Rusiyanın BƏƏ-nin qərarına hörmətlə yanaşdığını vurğulayıb. Kreml rəsmisi Rusiyanın OPEC+ təşkilatından çıxmayacağını bəyan edib. “Moskva ümid edir ki, BƏƏ-nin OPEC+ təşkilatından çıxması bu formatın sonuna gətirib çıxarmayacaq”, - Peskov əlavə edib. Qeyd edək ki, BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək. Geri dön |