İranda ABŞ və İsraillə müharibə başlayandan bəri 21 nəfər edam edilib, 4000-dən çox insan həbs olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvarında keçirilən etirazlarla bağlı 9 nəfər, terror qruplarına üzvlükdə təqsirləndirilən 10 nəfər və casusluqda ittiham edilən 2 nəfər edam edilib.
Məlumata görə, 28 fevraldan bəri milli təhlükəsizliklə bağlı cinayətlərdə ittiham edilən 4000-dən çox şəxs həbs olunub.